Dolcha ABŞ bazarına çıxır

Azexport.az portalı ilə keçirilən görüşdə Dolcha məhsullarının ABŞ bazarına, xüsusilə Kaliforniya və Nyu-York ştatlarına çıxışı müzakirə olundu. Amazon və eBay platformalarında satış imkanları, bazar tələbləri və məhsul dizaynları ətraflı təhlil edildi. FDA qeydiyyatı tamamlanıb, etiketlər və qablaşdırma beynəlxalq standartlara uyğunlaşdırılıb. Dolcha quru meyvələri artıq dünya bazarına doğru yol alır.